İş barədə məlumat
Müxtəlif hüquqi sənədlərin hazırlanması
Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək
Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
Müvafiq məlumat bazası yaratmaq
Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: həftənin 5 günü, istirahət günü: şənbə, bazar
Namizədə tələblər
Hüquq ixtisası üzrə ali təhsil
Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
Azərbaycan dilini səlis bilməli, Rus dilini bilməsi arzu olunandır
Mülki, əmək, maliyyə, inzibati, hüquq, vergi qanunvericiliyini bilmək
Kompüter proqramları (MS Office və s.) ilə işləmək bacarığı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Əla ünsiyyət qurma və komandada işləmək bacarığı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquqşünas” yazaraq CV formasını hr@amo.az">hr@amo.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.